Avropa Liqasının qrup mərhələsinin IV turu geridə qalıb.
Newsport.az-ın məlumatına görə, UEFA həftənin rəmzi komandasını hazırlayıb. Simvolik heyətdə "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da var.
Əlavə edək ki, təcrübəli futbolçu PAOK - "Qarabağ" (0:1) matçında oyunun ən yaxşısı seçilmişdi.
Qapıçı: Ralf Fermann ("Şalke")
Müdafiəçilər: Rəşad Sadıqov ("Qarabağ"), Vircil Van Dayk ("Sauthempton"), Numan Çürüksu ("Osmanlıspor")
Yarımmüdafiəçilər: Huan Hi Çan ("Zalsburq"), Julyano Poula ("Zenit"), Nikolae Stanku ("Anderlext"), Tayson ("Şaxtyor")
Hücumçular: Edin Ceko ("Roma"), Arits Aduris ("Atletik"), Musa Sou ("Fənərbaxça")
