"Fənərbaxça" - "Mançester Yunayted" matçı alman hakimlərə tapşırıldı

"Fənərbaxça" Avropa Liqasını qrup mərhələsinin 4-cü turu çərçivəsində doğma meydanda "Mançester Yunayted"i qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, bu qarşılaşmanı idarə edəcək hakimlərin adına aydınlıq gəlib. Belə ki, matçda ədaləti alman hakimlər briqadası qoruyacaq.

Baş hakim funksiyasını Manuel Qraf yerinə yetirəcək. Ona həmyerliləri Holger Hençel və Mayk Mikel kömək edəcəklər.

Qeyd edək ki, "Fənərbaxça" - "Mançester Yunayted" qarşılaşması 3 noyabr Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right