Avropa Liqasının qrup mərhələsində səfərdə “Qarabağ”a uduzan PAOK-un baş məşqçisi Vladimir İviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, serbiyalı mütəxəssis oyunla bağlı bunları deyib:
- Birinci dəqiqədən istədiyimiz oyunu qura bilmıdik. Buna görə, bu cür məğlubiyyətlə üzləşdik. Bu nəticəni gözləmirdik. Daha yaxşı nəticə gözləyirdim. Ancaq heç nə gözlədiyimiz kimi olmadı. Səhvlərimizdən nəticə çıxarıb, yolumuza davam edəcəyik.
- Komanda matçın gedişində oyununu düzəltsə də, sonradan yenə oyun dağılırdı...
- Bəli, sizinlə razıyam. Birinci hissədə daha yaxşı təsir bağışladıq. Lakin hücumçularımız rəqib müdafiəçilər tərəfindən uğurla bağlanmışdı. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Bu gün bizdə heç nə alınmadı. Ancaq hələ də, hər şey bizdən asılıdı.
- Komandanın əsas oyunçularından Bisesvar niyə əsas heyətdə yer almamışdı?
- O, son 3 oyunda qənaətbəxş çıxış edə bilməmişdi. Buna görə, bu gün onu ehtiyatda saxladım.
- Komandada qələbə istəyi görünmürdü...
- Bununla razıyam. Komandada qələbə istəyinin bu qədər az olmasına heç cür bəraət qazandıra bilmərəm. Komandamı heç vaxt belə görməmşdim.
- PAOK bu qrupda nəyə ümid edir?
- Çətin qrupda yer almışıq. Burdakı komandalarla oynamaq heç də asan deyil. Hər şey özümüzdən asılıdı. İrəliləmək şansımız var. Qarşıda 3 oyunumuz var. Bu oyunlardan 2-sini evdə keçirəcəyik. Bu şansdan maksimum istifadə edəcəyik.
- Komandanın bir neçə oyunçusunun zədəli olduğu deyilirdi. Məğlubiyyətə əsas səbəb kimi bunu göstərmək olar?
- Bunu səbəb kimi göstərmək olmaz. Əsas heyətin 3 üzvü çıxış edə bilmədi. Hücumçumuz Anastiadisin dizində zədəsi var idi. Ümumiyyətlə, bu üç oyunçudan da ikisi bizim üçün əsas idi. Məncə, bunu məğlubiyyətə əsas səbəb saymaq olmaz.
- Komandanın məğlubiyyətin yorğunlun rolu var idi. 3 gün sonra “Olimpiakos”la vacib oyuna çıxacaqsız...
- Bununla razı deyiləm. Ümumiyyətlə məğlubiyyətə nə iləsə bəraət qazandırmaq fikrim yoxdu. Sadəcə, bu oyundakı səhvlərdən nəticə çıxararaq, növbəti qarşılaşmalara hazırlaşacağıq.
Avropa Liqasının qrup mərhələsində səfərdə “Qarabağ”a uduzan PAOK-un baş məşqçisi Vladimir İviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis oyunla bağlı bunları deyib: