"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah səfərdə "Fiorentina" (İtaliya) klubunun qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün oyunöncəsi son məşqinə çıxıb. Son hazırlıq qarşılaşmanın keçiriləcəyi "Artemio Franki" stadionunda baş tutub və təxminən 1 saat davam edib. Hazırlıqda bütün futbolçular iştirak edib.
Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.




