"Qarabağ"ın Avropa Liqasındakı səfər oyunlarının vaxtı məlum oldu

Avropa Liqasının J qrupunda mübarizə aparacaq "Qarabağ"ın səfər oyunlarının başlama saatı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi ilk səfər oyununda "Fioretina" ilə qarşılaşacaq. Matç sentyabrın 29-u, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İkinci səfər görüşündə “Qarabağ” PAOK-un qonağı olacaq. Sözügedən qarşılaşma noyabrın 3-də, saat 23:05-də start veriləcək.

"Qarabağ" son səfər oyununu "Slovan"a qarşı keçirəcək. Qarşılaşma noyabrın 24-ü, saat 21:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right