Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionatının son mövsümünün bürünc mükafatçısı "Qəbələ" sözügedən mərhələdə ilk oyununa çıxacaq.
Təmsilçimiz ötən mövsüm əldə etdiyi uğuru təkrarlamaq niyyətindədir. Bu mövsüm də mübarizəyə ilk təsnifat mərhələsindən başlayan Roman Qriqorçukun komandası Sloveniya "Maribor"unu da mübarizədən kənarlaşdırıb, ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamağa yaxındır.
Təsnifat mərhələlərində evdə keçirdiyi hər üç qarşılaşmada qələbə qazanan "qırmızı qaralar" bu dəfə də eyni uğuru təkrarlamalıdır. Əyaələt təmsilçimiz səfərə daha iddialı getmək üçün ən azından qapısından qol buraxmamalıdır.
18 avqust
Avropa Liqası, "pley-off" mərhələsi
İlk oyun
21:00. “Qəbələ” – “Maribor” (Sloveniya) 2-1
Qollar: Tavareş, 17 (0:1), Sergey Zenyov, 37 (1:1),Baqali Dabo,50 (2-1), 52, (3-1)
Hakimlər: Aleksey Kulbakov, Vitali Malyutin, Oleq Maslyanko, Denis Şerbakov (hamısı Belarus).
Bakı. “Dalğa Arena”.