"Çətin bir rəqibə qarşı oynayırıq, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyunları oynayıb. "Höteborq"un pik nöqtəsidir".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Höteborq"la oyun öncəsi deyib.
O, üstünlüyün rəqib tərəfdə olduğunu bildirib: "Çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusilə də pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Höteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".