"Slovan"ın kapitanı: "Kəpəz" də, "Admira" da maraqlı komandalardır"

"Slovan"ın kapitanı Lukaş Pokornı Avropa Liqasının III təsnifat mərhələsində potensial rəqibləri olan "Kəpəz" və "Admira" haqda danışıb.
 
Newsport.az-ın məlumatına görə, Çexiya mətbuatına açıqlama verən müdafiəçi püşkatmanın onlar üçün uğurlu olduğunu bildirib:
 
"Hər iki komanda haqda ətraflı məlumatımız yoxdur. Onları tanımağımız üçün vaxtımız var. Rəqiblərimiz arasındakı matçı izləmək imkanımız belə olacaq. "Kəpəz" də, "Admira" da maraqlı komandalardır. Püşk bizim üçün uğurlu oldu".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right