“Qəbələ” Gürcüstanda tək qalmadı, azarkeşlər Cavid Hüseynovu yada saldı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qəbələ” səfərdə Gürcüstanın "Samtredia” komandasının qonağıdır. 
 

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar”ın azarkeşləri qonşu ölkədə də doğma komandalarını dəstəkləyirlər.  Hazırda Zestafonidə yerləşən David Abaşidze adına stadionda təxminən 20-ə yaxın azarkeş "Qəbələ”ni uğura aparan yol üçün dəstəkləyir.
 
Bir maraqlı məqam budu ki, "Qəbələ”li azarkeşlər Gürcüstanda hal-hazırda davam edən matçda komandanın sabiq kapitanı Cavid Hüseynovu da yaddan çıxarmayıblar. Azarkeşlər Cavidin "14” nömrəli futbolkusunu qaldıraraq kapitanı unutmadıqlarını sübut ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right