"Samtredia"nın baş məşqçisi: "İlk oyunda etdiyimiz səhvləri təkrarlamayacağıq"

Ölkəmizi avrokuboklarda təmsil edən "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Gürcüstanın "Samtredia" komandasının qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Giya Tsetatdze gürcüstanlı jurnalistlərin suallarını cavablandırıb.

- Bu matçda nə gözləyirsiniz? "Qəbələ" "Samtredia"nın yenə darmadağın edəcək?

- Mənim komandam doğma meydanda yaxşı sərgiləyir. Bu oyunda əlimizdən gələni edəcəyik. Amma ilk oyunda etdiyimiz səhvləri təkrarlamayacağıq. Əlimizə düşən fürsətlərdən maksimum yararlanacağıq. Rəqiblə layiqli mübarizə aparacağıq.

- Rəqibin bu gün 2-ci heyətlə meydana çıxacağı gözlənilir...

- "Qəbələ" çox güclü komandadır. Bəlkə öz bacarığımızı nümayiş etdirdik.

- İlk oyundakı heyətlə bu oyundakı heyətdə fərq olacaq?

- Bu haqda heç nə söyləməyəcəm. Heyəti dəqiqləşdirmişəm. Lakin açıqlamayacam.

- Futbolun möcüsəzinə inanırsınız?

- Meydanda hər şey baş verə bilər. Futbolçularıma inanıram. Amma bu, çox çətin olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right