“Samtredia” “Qəbələ”ni bərbad stadionda qəbul edəcək FOTOLAR

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Qəbələ” səfərdə Gürcüstanın "Samtredia” komandasının qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, matç Zestafoni şəhərində yerləşən David Abaşide adına stadionda oynanılacaq. 
 
Oyundan 1 gün öncə stadionda məşq edən "Qəbələ” arenanın bərbad vəziyyəti ilə üzləşib. Belə ki, stadionun ot örtüyünün vəziyyəti acınacaqlı durumdadı. 
 
Maraqlısı budur ki, matçdan iki gün öncə bu stadionda başqa oyun keçirilib. 
 
Satdionda olan monitorun da köhnə olduğu diqqəti çəkir. 
 
 Qeyd edək ki, "Qəbələ”nin baş məşqçisi RomanQriqorçuk da bu amilə toxunub. Mütəxəssis bildirib ki,  ot örtüyünün sabaha qədər düzələcəyinə ümid edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right