“Kəpəz”in baş məşqçisi Şahin Diniyev “Daçiya” ilə matçdan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Əvvəlcə Şahin Diniyev matçla bağlı fikirlərini bildirib: “
“Hamızını salamlayıram. İlk oyunun azarkeşlər və jurnalistlər üçün maraqlı alındığını düşünürəm. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Qol epizodlarına gəlincə, bizim şanslarımız daha çox idi. Əgər son dəqiqələrdə qol vursaydıq, qalib gələ bilərdik. Cütün taleyi Kişinyovda həll olunacaq. Bunu hələ Bakıdakı oyundan əvvəl və sonra da demişdim. Layiq olan komanda növbəti mərhələyə çıxacaq. Sabah meydanda əsl mübarizə gözləyirəm.
- Altı gün sonra 50 yaşınız tamam olur. Mərhələni keçsəniz, bu yubileyinizə hədiyyə olar?
- 50 yaş bir ömürün yarısıdı, bəlkə də sona yaxındı. Futbolla yaşayıram. Doğum günümə ən böyük hədiyyə mərhələni keçməyimiz olardı.
- İlk oyundan sonra demişdiniz ki, futbolçularda fiziki problemlər var. Bu günə kimi irəliləyişə nail olmusunuz?
- Oyunlara hazırlaşmaq üçün vaxtımız az idi, sadəcə 15 gün. Bu müddət ərzində həm taktiki, həm də fiziki hazırlıq keçmək çətindi. İstədiyimiz qədər oyun oynaya da bilmədik. Bu da oyun praktikasının azlığı deməkdi. Düşünürəm ki, “Daçiya” da eyni problemlə üzləşib. Fiziki duruma gəlincə, 5 gün ərzində çatışmazlıqları aradan qaldırmaq mümkün deyil. Biz ideal formada deyilik.
- Oyundan öncə hansı stadionda məşq edəcəyinizi dəqiqləşdirmisiniz?
- Biz Speyaya gedib orada hazırlaşmalı idik. Ancaq oyunçular yol yorğunluğu planımızı dəyişdi. Əgər Speyaya gedəsi olsaq, yola üç saat vaxt itirəcəyik. Bu da futbolçularıma əlavə problem yaradacaq.
- Azərbaycan futbolunda daha çox texnikaya üstünlük verilir. Texnikanın hesabına bayaq dediyiniz fiziki çatışmazlığı kompensasiya edə bilərsiniz?
- Hamınız birinci oyunu gördünüz. Dünya futbolunda texniki hazırlıq əsas deyil, əsas motivasiyadı. Futbolçuları 47 faizi fiziki hazırlıq, 22 faizi taktika, 21 faizi isə psixologiya təşkil edir. Qalan 10 faizin içərisində taktika var.
“Daçiya” ilk oyunda rəqib çox xoşuma gəldi. Həm taktiki, həm texniki, həm də psixoloji cəhətdən hazırlıqlı idi. Sabahkı oyunda isə texnika və fizika yox, psixoloji hazırlıq özünü göstərəcək.
- Evdə 0:0 oynayan əskər klublar səfərdə bir qol oynayır. Hesabı açsanız, oyuna necə davam edəcəksiz?
- Səmimi danışacam, müdafiəyə daha çox diqqət edəcəyik. “Daçiya”nın daha çox şansı var. Evdə qol vursaydıq bizim üçün səfərdə daha çətin olardı. “Daçiya” evdə oynayır, səfərdə istədiyini qazandı. Şanslar “Daçiya”Nın 60/40 tərəfindədi.
- Moldova futbolu əvvəlkindən nə ilə fərqlənir?
- Əvvəl “Nistru” klubu var idi və hamı ona azarkeşlik edirdi. Moldovanın ən yaxşı komandası idi. O vaxtı həm bizdə, həm də Moldovada futbol daha yaxşı idi. 1989-cu ildə “Nistru”da oynamışam, buranın çörəyini yemişəm. Kişinyovda evim də olub. Küçələrinizi də xatırlayıram. Şəhər heç dəyişməyib. Moldova futbolu bu mənada mənə doğmadı. “Nistru”dakı komanda yoldaşlarımı indi də xatırlayıram – Sirbu, Nani, Şuvalov, Skala... Məşqçilərimiz Sinkler, Teslev də yadımdadı.
- Bu il “Neftçi”nin bürünc medal qazanmasının 50 illiyidi. Sizcə, qeyd ediləcək?
- Düşünürəm ki, bəli. 1966-cı ildə “Neftçi”də oynayanlardan sağ qalanlar var. Qeyd olunmalıdır, çünki bu Azərbaycan futbolunun sovet dönəmində qazandığını ən böyük uğurdu.