Julian Ebah: Moldovadan yaxşı nəticə ilə qayıtmağı hamımız arzulayırıq

"Kəpəz"in hücumçusu Julian Ebah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə o, bunları söyləyib:

"Plan üzrə hazırlığı davam etdiririk. Moldovadakı cavab oyununa ciddi hazırlaşırıq. Bu görüşün əhəmiyyətini yaxşı dərk edirik. Moldovadan yaxşı nəticə ilə qayıtmağı hər birimiz çox arzulayır. "Daçiya" yaxşı komandadır. Bizə səfərdə çox çətin olacaq. Amma biz çox diqqətli oynamağa çalışacağıq. Ümid edirəm ki, növbəti mərhələyə adlamağı bacaracağıq. Futbolda hər şey mümkündür".

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right