Öncə Vəli Qasımov, sonra Oliver Spiteri

Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Neftçi” – “Baltsan” oyunu öncəsi komandamızın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı təşkil olunacaq.

Newsport.az-ın məlumatına görə, tədbir iyulun 5-də “Bakcell Arena”da keçiriləcək və saat 19:30-da başlanacaq. Konfransdan sonra, saat 20:00-da  “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

İyulun 6-da isə “Bakcell Arena”da “Baltsan” klubunun baş məşqçisi Oliver Spiterinin mətbuat konfransı və açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30, məşq isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Baltsan” oyunu saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right