"Domjale" Avroliqada Məsimovsuz qələbə qazandı

Sloveniyanın "Domjale" klubu Avropa Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası Andorra "Luzitanos"u ilə qarşılaşıb.

Sloveniyalılar doğma meydanda baş tutan ilk oyunda 3:1 hesablı qələbəyə seviniblər. Məsimovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı bir həftə sonra keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right