"Topa nəzarət daha çox bizim komandamızın tərəfində idi. Düzdür, ikinci hissədə bir az əziyyət çəkdik, amma istədiyimizə nail olduq".
Newsport.az-ın məlumatına görə, "Neftçi”nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının I təsnifat mərhələsində Maltada "Baltsan”a qalib gəldikləri oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.
V.Qasımov bu görüşdə komandasının daha çox qol vurmaq istədiyini bildirib: "Rəqibin zəif və güclü tərəflərini bilirdik. Daha çox qol vurmaq istəyirdik, amma 2:0 hesablı qələbə də yaxşı nəticədir. Bununla belə, cavab oyununa da ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 7-də Bakıda keçiriləcək.