"Qəbələ”nin “het-trik”edən futbolçusu: "Bu gün meydanda yalnız "Qəbələ” var idi"

"Avropa Liqasındakı ilk matçımıza çıxırdıq. Həqiqətən də 90 dəqiqə ərzində əsl mübarizə apardıq”.

Newsport.az-ın məlumatına görə, bu sözlər "Qəbələ”nin futbolçusu Teo Uiksə aiddi. 
 
"Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində doğma azarkeşləri önündə Gürcüstanın "Samtredia” komandasını 5-1 hesabıyla məğlub edib. Uiks bu matçla "Qəbələ”nin heyətində ilk rəsmi matçına çıxıb. Futbolçu debüt oyununda 3 qol vurmağı bacarıb. O, vurduğu qollar barədə danışarkən bunları deyib:“Qəbələ”də ilk oyunum mənim üçün uğurlu oldu. Buna çox sevinirəm və belə davam etməsini istəyirəm. Qarşılaşmadan öncə qələbə qazanacağımıza inansam da, hesabın belə olacağını və özümün 3 qol vuracağımı gözləmirdim. Çünki rəqibimiz də güclü komandadır. Matçdan öncə şanslar da bərabər qiymətləndirilirdi. Lakin biz bu görüşdə daha yaxşı oynayıb, qalib gəldik. Üç qol vurmağa nail oldum ki, bu da karyeramda ilk het-trikdir. Mənim bu uğurum bütün komandanın əməyidir. Qollarımda və qələbəmizdə komanda yoldaşlarımın böyük rolu oldu”.

Uiks bu ay keçdiyi “Qəbələ”yə uyğunlaşması və “Samtredia” ilə cavab oyunu haqda da fikirlərini bildirib: “Qəbələ”yə gəldiyim ilk gündən komandaya uyğunlaşmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram. Bunlar da adaptasiyaya müsbət təsir edir. İlk qarşılaşmada yaxşı oynayıb, nəticə qazansaq da, qarşıda səfər oyunu da var. Bu matçın da çətin olacağını bilirik. Həmin oyuna da ciddi yanaşıb, bütün görüşlərə olduğu kimi hazırlaşacağıq”.

 
Teo rəqib komandanın oyununu belə dəyərləndirib: "Rəqibimiz zəif komanda deyildi. Sadəcə, bu gün meydanda yalnız "Qəbələ” var idi. Bütün mövqelərdə üstün çıxış edirdik. Meydanda gördüyümüz işlər sayəsində qələbə qazanmağı bacardıq. Bundan sonra daha yaxşı oynamağa çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right