Fariz Nəcəfov: “Samtredia” bu oyuna görə “Qəbələ” üçün rahat rəqib idi”

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda baş tutan "Qəbələ" - "Samtredia" (5-1) matçından jurnalistlərin suallarını cavablandırıb:
 
- Qarşılaşma ilə bağlı fikirləriniz necədi?

- Komandanı qələbə münasibətiylə təbrik edirəm. Ancaq arxayınlaşmaq olmaz. Futbolda hər şey olur. Bundan sonra cavab oyununa hazırlşamalıyıq.  
 
- Necə düşünürsünüz, rəqib zəif idi, yoxsa "Qəbələ” gücünü artırıb?
- "Samtredia” bu oyuna görə "Qəbələ” üçün rahat rəqib idi.  Növbəti oyunda necə olacaq onu deyə bilmərəm. Rəqib bu gün futbolçularımıza rahat oynamq imkanı yaratdı. Onu da qeyd edim ki, yeni futbolçularımız komandaya uyğunlaşıblar və bu gün məşqçinin verdiyi tapşırıqları lazımınca yerinə yetirdilər. 
 
- Mendinin gedişindən sonra "Qəbələ” axtardığı hücumçunu tapa bnilmirdi... 
- Elə Mendini tapmışıq. Bilirsiniz ki, Teo Uiks də seneqallıdır. (gülür)
 
- Bir həftə sonra Gürcüstana gedəcəksiniz. Ötən il "Dinamo” ilə oyunda xoşagəlməz hadisələr baş vermişdi. Ötənilkilərin təkrarlanmaması üçün hansı tədbirlər görmüsünüz?
- Bu barədə rəqib komandanın rəhbərliyi ilə danışıqlarımız oldu. Ozünüz də gördünüz ki, bizdə  hər-hansı problem olmadı. Stadionda hər şey sakit idi və yüksək səviyyədə atmosfer var idi. Eyni şeyi də Gürcüstanda gözləyirik. Başqa heç nə istəmirik. 
 
- Artıq bugünkü hesabdan sonra ikinci mərhələ haqqında düşünmək olar. Hansı komandanı rəqib gözrmək istərdiniz? Yəni, xüsusi bir istəyiniz varmı?
- Bu barədə heç bir şey deyə bilmərəm. Növbəti mərhələ keçməyimiz bir həftə sonra Gürcüstanda bilinəcək. Onda da bilinəcək ki, rəqibimiz kimdi. Artıq ona uyğun hazırlaşıb meydana çıxacağıq. 
 
- Komandada sırf hücumçu mövqeyində oynayan bir hücumçu var. Daha bir hücumçu transfer etmək barədə düşünürsünüzmü?
- Əvvəldən axtardığımız, maraqlandığımız bir neçə hücumçu var, ancaq hələlik heç nə bəlli deyil. Onu deyə bilərəm ki, maralandıqlarımız avropalı və afrikalı hücumçulardı. 
 
- Transfer ikinci mərhələnin ilk oyununa qədər reallaşa bilərmi?
- Ola bilər. 
 
- Klub prezidenti Tale Heydərov bildirdi ki, "Qəbələ”nin ötən il reallaşdırdığı bir neçə transfer uğurlu olmayıb.  İndi demək olarmı ki, müəyyən qədər az büdcə ilə ən yaxşılar seçilib?
- Belə deyək də, bu, birinci oyun idi. Və bu oyuna görə onlar haqqında müsbət fikirlər bildirmək olar. Ancaq hər şeyi zamana buraxmaq lazımdı. Gələcək oyunlarda onların gücü müəyyənləşəcək. Bilirsiniz ki, "Qəbələ” region komandasıdı. Görək yenilər əyalətə uyğunlaşa biləcəklərmi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right