Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən komandaların da ikisi yeni mövsümdə ilk matçına çıxacaq.
"Qəbələ" ilə "Neftçi" bu gün ilk oynuna çıxacaq. Bölgə təmsilçisi Bakıda Gürcüstan "Samtredia"sını qəbul edəcək. Paytaxt klubu isə səfərdə Malta "Baltsan"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
30 iyun
20:00. "Baltsan" - "Neftçi" 0-2
Qollar: Rəhman Hacıyev, 15, Ruslan Qurbanov, 83-pen.
Baş hakim: Yovan Kaludjeroviç (Çernoqoriya).
Paola. "Hibernians" stadionu.