“Samtredia”nın baş məşqçisi: “Məğlub ola bilərik”

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qəbələ” – "Samtredia” matçından 1 gün öncə keçirilən mətbuat konfransında "Samtredia”nın baş məşqçisi Giya Tsetzadze jurnalistlərin suallarını cavablandırıb: 
 
"Biz belə komandaya qarşı oynayacağımız üçün xoşbəxtik. Oyuna gəlincə, şanslar bərabərdi. Bütün suallara sabahkı oyundan sonra aydınlıq gələcək”.
 
- Narahat görünürsünüz. Bu, sabahkı oyunla əlaqədar deyil?
- Yox, normal vəziyyətdəyəm. 
 
- "Qəbələ”ni lazımi qədər öyrənə bilmisinizmi?
- Biz "Qəbələ”nin bir neçə oyununa baxmışıq və rəqibin bəzi cəhətlərini özümüz üçün müəyyənləşdirmişik. 
 
- "Qəbələ”nin güclü və zəif cəhətlərini müəyyənləşdirmisinizmi?
 - Bəli, amma bunu açıqlaya bilmərəm. 
 
- Sabahkı oyunda hansı nəticə ilə razılaşarsınız?
- Sabahkı oyun bizim xeyrimizə olsa yaxşı olar. Biz həmişə qazanmaq üçün mydana çıxırıq. Olar bilər ki, məğlub ola bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right