“Qəbələ”in açıq məşqinin vaxtı dəyişdirildi

İyunun 30-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda "Qəbələ” Gürcüstanın "Samtredia” komandasını qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, 8-ci km stadionunda baş tutacaq "Qəbələ” - "Samtredia” matçı öncəsi keçiriləcək mətbuat konfransı və açıq məşqin vaxtı dəyişdirilib. 
 
Belə ki, "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun sabah - iyunun 29-da baş tutacaq mətbuat konfransı bir qədər qabağa çəkilib və saat 18:45-də başlayacaq. Tədbir arenanın media zalında keçiriləcək.
 
"Qəbələ”nin oyunöncəsi son məşqi isə 19:30-da start götürəcək.
 
Qeyd edək ki, saat 20:30-da "Samtredia”nın çalışdırıcısı Giya Tsetzadze media nümayəndələrinin suallarını cavablandıracaq. Qonaqların məşqi isə 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right