"Kəpəz” bu gün Moldova "Daçiya”sı ilə qarşılaşmaya Renan da Silva Alveş və Manuel Kosta Kaneyro (Serjinyo) olmadan çıxa bilərdi.
Newsport.az-ın məlumatına görə, Portuqaliyanın müvafiq olaraq, "Jil Visente” və "Trofense” klubundan transfer olunan futbolçuların klublarına müəyyən məbləğ ödənməliydi ki, bu son anda həll edilib. "Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin işə qarışmasından sonra lazım olan məbləğ ödənilib və futbolçuların "Daçiya”ya qarşı oynamasında problem qalmayıb.
Bu isə o deməkdir ki, "Kəpəz”in baş məşqçisi Şahin Diniyev hər iki oyunçunun xidmətindən ağır və vacib oyunda yararlana biləcək.