“Kəpəz” “Daçiya” ilə heç-heçə etdi YENİLƏNİB

Bu gün Avropa Liqasında yeni mövsümə start verilir.

Newsport.az-ın məlumatına görə, yeni mövsümün ilk oyun günündə Azərbaycan təmsilçilərindən də biri meydana çıxacaq.

Belə ki, 16 il sonra qitə arenasına qayıdan "Kəpəz" doğma meydanda Moldova "Daçiya"sı ilə üz-üzə gələcək. Şahin Diniyevin çalışdırdığı Gəncə təmsilçisi doğma meydanda mütləq inamlı qələbə qazanmalıdır ki, bir həftə sonra səfərdə keçiriləcək oyunda işi çətin olmasın.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 7-də Kişinyovda baş tutacaq.

Avroliqadakı digər təmsilçilərimiz - "Qəbələ" ilə "Neftçi" isə ilk oyunlarını iyunun 30-da keçirəcək. Bölgə təmsilçisi doğma meydanda Gürcüstan "Samtredia"sı, bakılılar isə səfərdə Malta "Baltsan"ı ilə qarşılaşacaq.

28 iyun

Avropa Liqası

I təsnifat mərhələsinin ilk oyunu
 
20:00. “Kəpəz” (Azərbaycan) 0–0 “Daçiya” (Moldova)
Hakimlər:
 Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)
Bakı, “Dalğa Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right