“Samtredia” “Qəbələ” ilə oyun üçün 24 futbolçu sifariş etdi

"Qəbələ”nin Avropa Liqasındakı rəqibi "Samtredia” təmsilçimizlə qarşılaşmalar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, Gürcüstan çempionatının gümüş mükafatçısının heyətində yeni transferlər də olub.

 
Baş məşqçi Giya Tsedsadze ümumilikdə 24 futbolçunun adını iştirak ərizəsinə salıb.

 
Qapıçılar: Omar Miqineişvili, Kaxaber Meşveliani, Otar Sturua
Müdafiəçilər: Nika Sandoxadze, Cemal Qoqiaşvili, Davit Mtivlişvili, Georgi Mçedlişvili, Laşa Şergelaşvili, Georgi Axaladze, Daçi Tsinobiladze, Zurab Sturua
Yarımmüdafiəçilər: Georgi Datunaişvili, Şota Kerdzevadze, Davit Razamaşvili, Avto Endeladze, Teymuraz Markozaşvili, Tornike Qorqiaşvili, Giuli Mancqaladze
Hücumçular: Budu Zivzivadze, Davit Cikia, Akaki Ninua, George Hamkrelidze, Baçana Arabuli, Zaur Xabeişvili
 
Qeyd edək ki, "Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Samtredia” ilə ilk görüşü iyunun 30-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Zestafonidə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right