"Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Baltsan şəhərini təmsil edən komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdu. Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar.
Komandanın Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. "Baltsan" elə həmin mövsüm 9-cu yeri tutduğu üçün birinci liqaya yuvarlanıb. Komandanın yüksək liqaya qayıdışı 7 mövsümdən sonraya təsadüf edib. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə 2009/2010 mövsümünə təsadüf edib. "Baltsan” 1/4 finala kimi irəliləyib.
Malta təmsilçisi avrokubokda ötən il debüt edib. Lakin Bosniya və Herseqovinaının "Jelezniçar” klubu ilə qarşılaşan "Baltsan” evdə 0:2, səfərdə 0:1 hesabı ilə uduzub.
"Baltsan" ev oyunlarını 17 min tamaşaçı tutumuna malik "Ta Kali” stadionunda keçirir.
Qeyd edək ki, iyunun 30-da "Baltsan”ı evdə qəbul edəcək "Neftçi” iyulun 7-də səfərdə meydana çıxacaq.