Klublarımız üçün Avropa Liqasında asan rəqiblər YENİLƏNİB

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az-ın  məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 96 komandanın rəqibləri müəyyənləşib.
 
Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “Qəbələ”, “Neftçi”  və “Kəpəz”in də rəqibləri bəlli olub.


"Neftçi" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək. 

"Qəbələ" Gürcüstanın "Samtrediya" klubuna, "Kəpəz" isə Moldovanın "Daçiya" klubuna rəqib olub. "Neftçi" kimi "Qəbələ" və "Kəpəz" də ilk görüşünü evdə keçirəcək. Lakin böyük ehtimalla UEFA klublarımızdan birinin və ya ikisinin oyunlarının yerini dəyişəcək.

Qeyd edək ki, ilk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right