UEFA-dan "Fənər"lilərə cəza - İlin sonuna kimi oynamayacaq

UEFA Etika və İntizam Komitəsi Avropa Liqasının 2015/16 mövsümünün 1/8 final mərhələsinin "Braqa" - "Fənərbaxça" oyununda qırmızı vərəqə almış qonaqların iki futbolçusunu cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, həmin oyunda qırmızı vərəqə almış Volkan Şən 2016-cı il dekabrın 31-dək, UEFA-nın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılıb. Alper Potuk 3, baş məşqçi Vitor Pereyra isə 1 oyunluq cəzalandırılıb.

Bundan əlavə, UEFA "Fənər"i 15 min avro məbləğində cəzalandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right