Avropa Liqasında finalında keçiriləcək "Liverpul" - "Sevilya" oyununa hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmanı isveçli Yonas Eriksson idarə edəcək. Ona Mathias Klasenius və Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasının Sevein Moen yerinı yetirəcək.
Qeyd edək ki, "Liverpul" - "Sevilya" görüşü mayın 18-i keçiriləcək.