“Tour d`Azerbaidjan-2016”nın qalibləri danışdı: “Bütün gücümü sərf etdim”

“Tour d`Azerbaidjan-2016”nın qaliblərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Newsport.az saytının məlumatına görə, fərdi mübarizədə yarışın qalibi adını qazanan Avstriyanın “Felbemayer” klubunun üzvü Markus Eybeger bunları söyləyib: “Yarış çətin alındı. Komandamızdan 4 nəfər mübarizədə iştirak etməmişdi. Bununla belə, mövcud qüvvə ilə əlimizdən gələni etdik”.

Turun ən yaxşı gənc velosipedçisi olan Rusiyanın “Qazprom-Ruslevo” komandasının üzvü İldar Arslanov fikirlərini belə ifadə edib: “Yarış yaxşı keçdi. Təşkilatçlığı çox bəyəndim. Yollar da çox gözəl idi. Qazandığım uğura görə komandama minnətdaram”.

Yarışın dağ mərhələsinin qalibi adını Fransanın “Bridcston Ankof” komandasından Tomas Leba qazanıb. O, qələbə üçün əlindən gələni etdiyini vuröulayıb: “Əlimə düşən şanslarımdan istifadə etdim. Dağ mərhələsində qalib gəlmək üçün bütün gücümü sərf etdim”.

“Tour d`Azerbaidjan-2016”nın ən yaxşı sprinteri adını isə Avstriyanın “Felbemayer” komandasını üzvü Daniel Şorn qazanıb: “4-cü yarışda bir qədər geri qalsam da, bu mərhələdən tam razıyam. Bugünkü turun sonunda tam gücümüzlə çıxış etdik. Pis nəticə göstərmədiyimizi düşünürəm”.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right