Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan sonra yarımfinalçıların adı bəlli olacaq.
Günün ən maraqla gözlənilən oyunu Liverpulda keçiriləcək. Şəhərin eyniadlı komandası Dortmund “Borussiya”sını qəbul edəcək. İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab matçına marağı bir qədər də artırıb.
Digər oyunlarda “Sevilya” “Atletik”i, “Sparta” (Praqa) “Vilyareal”ı, “Şaxtyor” isə “Braqa”nı qəbul edəcək.
14 aprel
Avropa Liqası, 1/4 finalın cavab oyunları
23:05. "Liverpul" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 4:3
Qollar: Mxitaryan, 5 (0:1), Obemaynq, 9 (0:2), Orici, 48 (1:2), Roys, 57 (1:3), Koutinyo, 66 (2:3), Sako, 78 (3:3), Lovren, 90+1 (4:3)
Liverpul. "Enfild" stadionu
İlk oyun: 1:1
23:05. "Sevilya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya) - 1:2 (Penaltilər seriyası - 5:4)
"Sevilya": + + + + +
"Atletik": + + + - +
Qollar: Aduriz, 57 (0:1), Qameyro, 59 (1:1), Qarsiya, 80 (1:2)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun: 2:1
23:05. "Sparta" (Praqa) - "Vilyarreal" (İspaniya) - 2:4
Qollar: Bakambu, 5 (0:1), Kastilleyo, 43 (0:2), Bruno, 45+1 (0:3), Bakambu, 49 (0:4), Doçkal, 65 (1:4), Krejçi, 71 (2:4)
Praqa. "Letna" stadionu
İlk oyun: 1:2
23:05. "Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 4:0
Qollar: Srna, 25-pen (1:0), Fereyra, 43-avtoqol (2:0), Kovalenko, 50 (3:0), Fereyra, 74-avtoqol (4:0)
Lvov. "Lvov Arena"
İlk oyun: 2:1