Türkiyəli hakim Cüneyt Çakır daha bir mühüm oyuna təyinat alıb.
Newsport.az saytının məlumatına görə, o, Avropa Liqasının 1/4 finalının "Liverpul" - "Borussiya" (Dortmund) matçını idarə edəcək.
Qeyd edək ki, "Liverpul" - "Borussiya" görüşü aprelin 14-ü Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
Xatırladaq ki, C.Çakır bundan əvvəl Avroliqanın 1/8 final mərhələsinin "Borussiya" - "Tottenhem" oyununda baş hakimlik etmişdi