Bu gün Avropa Liqasında 1/4 finalın ilk oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, 1/4 finalın hər dörd oyunu bu axşam baş tutub.
"Qəbələ" ilə eyni qrupda mübarizə aparmış "Borussiya" (Dortmund) öz meydanında "Liverpul"u qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Avropa Liqasının III təsnifat mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdıran "Atletik" (Bilbao) isə evdə "Sevilya"nı sınağa çəkib və rəqibinə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, 1/4 finalın cavab görüşləri bir həftə sonra keçiriləcək.
7 aprel
Avropa Liqası, 1/4 finalın ilk oyunları
23:05. "Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya) - 1:2
Qollar: Aduriz, 48 (1:0), Kolodziejzak, 56 (1:1), İborra, 83 (1:2)
23:05. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:2
Qollar: Rakitski, 45 (0:1), Ferreyra, 75 (0:2), Eduardo, 89 (1:2)
23:05. "Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə) - 1:1
Qollar: Origi, 37 (0:1), Hummels, 48 (1:1)
23:05. "Vilyareal" (İspaniya) - "Sparta" (Çexiya) - 2:1
Qollar: Bakambu, 3 (1:0), Brabek, 45+3 (1:1), Bakambu, 63 (2:1)