Avropa Liqası tarixində yeni rekord

Avropa Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted” – "Liverpul” cavab oyununda yeni rekord müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqası tarixində ən çox tamaşaçı sayı bu matçda qeydə alınıb. Sözügedən qarşılaşmanı 75 min 180 azarkeş stadiondan  izləyib.
Qeyd edək ki, bundan əvvəl isə rekord "Dinamo” - "Everton” oyununa (67 min 553) məxsus idi.

Nəzərinizə çatdıraq ki, "Liverpul" iki görüşün nəticəsinə əsasən (2:0, 1:1) 1/4 finala yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right