Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
"Şaxtyor" (Ukrayna) - "Anderlext" (Belçika)
"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Bayer" (Almaniya)
"Atletik" (İspaniya) - "Valensiya" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
"Sparta" (Çexiya) - "Latsio" (Italiya)
"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)
"Fənərbaxça" (Türkiyə) - "Braqa" (Portuqaliya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.