Avropa Liqasının 1/16 final mərhələsinin ilk qarşılaşmaları çərçivəsində İstanbulda baş tutan "Fənərbaxça” – "Lokomotiv” qarşılaşmasından sonra Rusiya klubunun futbolçusu Dmitri Tarasovun üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan mayka nümayiş etdirməsi ona baha başa gəlib.
Newsport.az-ın məlumatına görə , futbolçu "dəmiryolçular” tərəfindən 300min avro məbləğində cərimələnib.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, bu klub tarixində rekord cərimədir. Bundan əlavə UEFA-nın futbolçuya verəcəyi cəza da onun maaşından çıxılaraq ödəniləcək.
Qeyd edək ki, "Fənərbaxça” – "Lokomotiv” oyunu meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.