"Qalatasaray" "Latsio"ya qalib gələ bilmədi, "Valensiya"dan darmadağın YENİLƏNİB

Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu gün daha 15 oyun keçirilib.

"Qarabağ"ın qrup mərhələsindəki rəqiblərindən "Anderlext" evdə "Olimpiakos"u 1:0 hesabı ilə məğlub edib. "Tottenhem" isə İtaliyada "Fiorentina" ilə 1:1 bərabərə qalıb.

"Qəbələ"nin qrup mərhələsindəki rəqiblərindən "Borussiya" (Dortmund) evdə "Portu"nu qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. "Krasnodar" isə səfərdə Çexiyada "Sparta" (Praqa) klubunun qonağı olub və 0:1 hesabı ilə uduzub.

Türkiyənin digər təmsilçisi "Qalatasaray" İstanbulda İtaliyanın "Latsio" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. 

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun günündə keçirilən "Fənərbaxça" - "Lokomotiv" (Moskva) matçı 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 


18 fevral

Avropa Liqası, 1/8 finalın ilk oyunları

00:05. "Ausburq" (Almaniya) - "Liverpul" (İngiltərə) - 0:0

00:05. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya) - 1:1
Qollar: 
S.Sarıoğlu, 12 (1:0), Milinkoviç-Saviç, 21 (1:1)

00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya) - 0:1
Qol: 
Aduriz, 54 (0:1)

00:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şalke" (Almaniya) - 0:0
Qırmızı vərəqə: 
Kuçer, 86 ("Şaxtyor")

00:05. "Sion" (İsveçrə) - "Braqa" (Portuqaliya) - 1:2 
Qollar: 
Stoylkoviç, 13 (0:1), Konata, 53 (1:1), Silva, 61 (1:2)
Qırmızı vərəqə: Vuçkeviç, 90 ("Braqa")

00:05. "Sparta" (Çexiya) - “Krasnodar” (Rusiya) - 1:0
Qol: 
Julis, 64 (1:0)

00:05. "Sportinq" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:1
Qol: 
Bellarabi, 26 (0:1)
Qırmızı vərəqə: Semedo, 74 ("Sportinq")

00:05. "Valensiya" (İspaniya) - "Rapid" (Avstriya) - 6:0
Qollar: 
Mina, 4 (1:0), Parexo, 10 (2:0), Mina, 25 (3:0), Neqredo, 29 (4:0), Qomes, 35 (5:0), Rodriqo, 89 (6:0)



22:00. "Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan) - 1:0
Qol:
 Mbodji, 68 (1:0)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Portu" (Portuqaliya) - 2:0
Qollar:
 Pişçek, 6 (1:0), Roys, 71 (2:0)

22:00. "Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 1:1
Qollar:
 Şadli, 37 (0:1), Bernardeçi, 59 (1:1)

22:00. "Midtiyullan" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar:
 Depay, 37 (0:1), Sisto, 44 (1:1), Onuaçu, 77 (2:1)

22:00. "Sevilya" (İspaniya) - "Molde" (Norveç) - 3:0
Qollar:
 Llorente, 35 (1:0), 49 (2:0), Qameyro, 72 (3:0)

22:00. "Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə) - 3:2
Qollar:
 Sall, 9 (1:0), Monnet-Paquet, 39 (2:0), Samuel, 44 (2:1), Janko, 56-pen (2:2), Bahebek, 77 (3:2)

22:00. "Vilyareal" (İspaniya) - "Napoli" (İtaliya) - 1:0
Qol: 
Suarez, 82 (1:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right