"Latsio”da ciddi itki:“Qalatasaray”la hər iki oyunu buraxacaq

Avropa Liqasının 1/32 final mərhələsində "Qalatasaray”la qarşılaşacaq "Latsio” klubu ciddi itki ilə üzləşib. 

Newsport.az saytının məlumatına görə, komandanın aparıcı siması sayılan Dusan Basta sıradan çıxıb. 
İtaliya A Seriyasının XXIV turunda "Cenoa” ilə matçda zədə alan futbolçu tibbi müayinədən keçib. Müayinədən sonra futbolçunun 3 həftə müddətində yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.  Məhz bu səbəbdən də, serbiyalı futbolçu "Qalatasaray”a qarşı keçiriləcək heç bir qaşılaşamada iştirak etməyəcək. 
 
Qeyd edək ki, komandalar arasında ilk oyuin fevralın19-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right