Avropa Liqasında baş tutan 24 oyunla qrup mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, bu qarşılaşmalardan sonra 1/16 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Təəssüf ki, klublarımızdan nə "Qəbələ", nə də "Qarabağ" qrup səddini aşa bilməyib. Türkiyə klublarından isə yalnız "Fənərbaxça" növbəti mərhələyə yüksəlib. Çempionlar Liqasında qrup mərhələsini üçüncü pillədə başa vuran "Qalatasaray" da mübarizəni Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, Çempionlar Liqasından gələcək 8 komanda bunlardır: "Şaxtyor" (Donetsk, Ukrayna), "Mançester Yunayted" (İngiltərə), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Olimpiakos" (Yunanıstan), "Portu" (Portuqaliya), "Valensiya" (İspaniya)
Avropa Liqasında 1/16 finala yüksələn komandalar:
A qrupu: "Molde" (Norveç), "Fənərbaxça" (Türkiyə)
B qrupu: "Liverpul" (İngiltərə), "Sion" (İsveçrə)
C qrupu: “Krasnodar” (Rusiya), "Borussiya" (Dortmund, Almaniya)
D qrupu: "Napoli" (İtaliya), "Midtiyullan" (Danimarka)
E qrupu: "Rapid" (Avstriya), "Vilyareal" (İspaniya)
F qrupu: "Braqa" (Portuqaliya), "Marsel" (Fransa)
G qrupu: "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa)
H qrupu: "Lokomotiv" (Moskva, Rusiya), "Sportinq" (Portuqaliya)
İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya)
J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika)
K qrupu: "Şalke" (Almaniya), "Sparta" (Çexiya)
L qrupu: "Atletik" (Bilbao, İspaniya), "Ausburq" (Almaniya)