“Biz çox vacib qələbə qazandıq. Komandam yaxşı oyun sərgilədi. Sevinirik ki, qrupda birinciliyi ələ keçirdik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyundan (3:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
- 2015-ci ilin ikinci yarısını "Krasnodar" üçün necə dəyərləndirərdiniz?
- Yaxşı qiymətləndirmək olar. Çempionata yaxşı başlamamışdıq. Buna baxmayaraq, Avropa Liqasında inamlı çıxış etdik. Gördüyünüz kimi, qrup lideri olduq.
- Komandanızın belə yüksəlişinin səbəbi nədir?
- Əsas səbəb daha çox işləməyimizdir. Bundan əlavə heyətimizi bir sıra futbolçularla gücləndirdik.
-Böyük hesabla qalib gələcəyinizi düşünürdünüzmü və qələbənizdə rəqib qapıçısının nə dərəcədə rolu oldu?
- Hiss olunurdu ki, “Qəbələ”dən güclüyük. Ancaq bu hesabı gözləmirdik. Rəqib qapıçı ilə bağlı şərh vermək istəmirəm.