“Anderlext” revanş barədə düşünür” – Qara Qarayev

"Mövsümün əvvəli ilə müqayisə etsək indi daha yaxşı formada olduğumuzu deyə bilərəm. Çünki mövsümün əvvəlində komandamıza yeni futbolçular qoşulmuşdu və onların adaptasiya prosesi gedirdi.”

Newsport.az-ın məlumatına görə, bu sözlər "Qarabağ”ın futbolçusu Qara Qarayevə məxsusdu. 
 
Milli komandamızın futbolçusu Avropa Liqasının qrup mərhələsinin son turunda baş tutacaq "Anderlext”lə oyundan öncə UEFA-nın rəsmi saytına fikirlərini bildirib. Qara "Anderlext”lə oyunda yaxşı mübarizə aparacaqlarını bildirib:
 
"Belçikalılar Bakıdakı məğlubiyyəti sensassiya kimi qəbul etdilər. Buna görə də, "Anderlext” bizdən revanş almaq niyyətindədi.  Lakin bizdə səfərdə yaxşı oynayan komandalardan biriyik. Yaxşı mübarizə aparacağımıza ümid edirəm. Fikrimiz "Tottenhem” – "Monako” oyununda yox, öz  oyunumuzda  olacaq.  Əgər İngiltərədəki nəticəni düşünsək bu  bizim oyunumuza təsir edəcək.”
Diqqətinizə çatdıraq ki,  "Anderlext” - "Qarabağ”  oyunu bu gün 00:05-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right