"Anderlext"in futbolçusu: "Hələ ki, hər şey öz əlimizdədir"

"Anderlext" klubunun futbolçusu Kara Mbodji Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini söyləyib.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Mövsümün əvvəlində avrokuboklarda qışa qədər mübarizə aparmaq istədiyimizi bəyan etmişdik. Amma göründüyü kimi, bu missiyanı həyata keçirmək çox çətindir. Qrup mərhələsi çərçivəsindəki son oyunumuzda "Qarabağ"la qarşılaşacağıq. Hələ ki, hər şey öz əlimizdədir. Öz oyunumuzu göstərə bilsək, bu, nəticə qazanmağımıza kömək edəcək".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right