"Anderlext"in sabiq klubum olduğunu hamı bilir. Hər kəsə bildirmək istəyirəm ki, 3 xal uğrunda mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə Azərbaycana qayıdaq. Çox danışmağa ehtiyac yoxdur. Hamı nə etmək lazım olduğunu bilir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Samuel Armenteros Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə oyun öncəsi deyib.
- Bilirik ki, bütün "Qarabağ" bu oyuna köklənib. Bəs sənin "Anderlext"ə qarşı qisas almaq mənasında əlavə motivasiyan olacaqmı?
- Bu cür hislər məndə yoxdur. Sadəcə "Qarabağ"ın oyunçusuyam. Əlimdən gələni edəcəyəm ki, yaxşı nəticə əldə edəcək.
- "Qarabağ" bütün qrup oyunlarında yaxşı müdafiə oynadı. Ancaq sabah "Qarabağ"a qol lazımdır. Bu səbəbdən taktiki dəyişiklik gözlənilirmi?
- Mən öz komandamı yaxşı tanıyıram. Əlimizə düşən fürsətlərdən istifadə etmək lazımdır. Öz üzərimə düşən vəzifənin fərqindəyəm. İnanıram ki, bütün oyunçular bunun öhdəsindən gələcək.
qol.az