Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Belçika "Anderlext"inə qarşı səfər oyunu öncəsi matçın baş tutacağı "Konstant Vanden Stok" stadionunda son məşqə çıxıb.
Newsport.az-ın məlumatına görə, komandamızın bu rəqiblə dueli dekabrın 10-dan 11-nə keçən gecə keçiriləcək və saat 00:05-də başlayacaq.
"Qarabağ"ın pley-offa çıxması üçün bu görüşdə mütləq qələbə qazanması, eyni zamanda İngiltərə "Tottenhem"inin ev oyununda Fransa "Monako"suna uduzmaması lazımdır.