"Qəbələ”nin bir neçə futbolçusunu yaxşı tanıyıram”.
Newsport.az-ın məlumatına görə, bu sözlər "Krasnodar”ın futbolçusu Vandersona məxsusdur..
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Krasnodar” sabah "Qəbələ”nin qonağı olacaq. Qarşılaşmadan öncə keçirilən mətbuat konfransında iştirak edən braziliyalı futbolçu bu fikirlərə yer verib: "Rikardinyo ilə İsveçdə bir yerdə oynamışıq. Dodo ilə də münasibətim var. Onlarla söhbətləşdik, yaxşı insanlardı”.
Vanderson "Qəbələ”nin müdafiə xəttinə qarşı çətin olacağını da vurğulayıb: "Qəbələ”nin çox güclü müdafiə xətti var. Ucaboydular, fiziki cəhətdən güclüdülər. İlk oyunda onlara qarşı çətinlik çəkmişdik. Bu dəfə də yerlə oynamalıyıq. Çünki rəqibin müdafiəçiləri hava mübarizəsində güclüdülər”.