"Oyuna tam hazıram" – Ürfan Abbasov

"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Hələ oynayıb-oynamayacağımı bilmirəm. Baş məşqçi şans versə,oyuna tam hazıram. Şans gözləyirəm. "Krasnodar"ın oyununu analiz etmişik. Rəqibin oyunçuları əks-hücumlarda təhlükəlidirlər. Diqqətli oynamalıyıq. "Krasnodar"ın təhlükəli oyunçularını sadalamlı olsam, gərək 15 futbolçu adı çəkim. Rəqibin xüsusilə hücum xətti xoşuma gəlir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right