Avropa Liqasının qrupmərhələsinin son turunda Belçikanın "Anderlxt” klubunun qonağı olacaq "Qarabağ” səfərə yollanıb.
Newsport.az saytının məlumatına görə, Ağdam klubun saat 18:00-da Heydər Əliyev adına Hava Limanından çarter reysi ilə Brüsslə yollanıb. Ağdam klubunun 5 saatdan sonra Blçikanın paytaxtına çatacağı gözlənilir.
Diqqətinizə çatdıraq ki, "Anderlext” – "Qarabağ” oyunu dekabrın 10-u saat 00:05-də baş tutacaq.