Avropa Liqasının qrup mırhələsinin VI turunda təmsilçimiz "Qəbələ” "Bakcell Arena”da Rusiyanın "Krasnodar” klubunu qəbul edəcək.
Newsport.az saytının məlumatına gör, artıq sözügedən oyunun biletləri satışa çıxarılıb. Bu gün saat 12:00-dan etibarən bilet satışına start verilib. Biletlərin qiyməti 2,5,10 manatdır.Biletləri "Bakcell Arena”nın bilet satışı kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, "Qəbələ” – "Krasnodar” oyunu dekabrın 10-da baş tutacaq.