"Qarabağ"la görüş öncəsi bir narahatlığım yoxdu"-"Anderlext”in baş məşqçisi

“Başa düşürük ki, yaxşı formada deyilik. Amma həm çempionatda, həm də Avrokubokda hər şey öz əlimizdədi”. 

Newsport.az-ın məlumatına görə, "Anderlext”in baş məşqçisi Besnik Hasi deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində son turda “Qarabağ”la qarşılaşacaq “Anderlext” bundan öncə Belçika Pro Liqasında “Genk” səfərinə çıxacaq.

Sabah baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransı keçirən Hasi uğursuz çıxışa son qoymağa çalışdıqlarını söyləyib: “Məşqlərdə əlimizdən gələni edirik. Etiraf edirəm ki, hələlik hər şey tam ürəyimiz istəyən kimi deyil. Bu məsələni oyunçularla öz aramızda müzakirə etdik, bəzi təhlillər apardıq.

Oyunlar zamanı fərdi səhvlərə daha çox yol veririk ki. “Kortriyk”ə də ölkə kubokunda bu səhvlər ucbatından (2:4) məğlub olduq. İlk növbədə bu səhvlərə yol verməməyə çalışmalıyıq”.

Təcrübəli mütəxəssis “Qarabağ”la matça da toxunub: “Uzu illərdi ki, “Anderlext”də çalışıram. Bura mənim evimdi. Nə etmək lazım olduğunu yaxşı bilirəm. Tənqidçiləri susdurmaq üçün əlimizə fürsət düşüb.

Qarşıda bizi “Qarabağ”la Avrokubok oyunu gözləyir. Mütləq qələbə qazanmalıyıq. Çünki bu görüşdə əldə ediləcək müsbət nəticə gələcək oyunlar baxımından da önəmlidi. Mən kiçik komandalarla oyunlardan daha çox qorxuram. "Qarabağ"la görüş öncəsi bir narahatlığım yoxdu. Futbolçuları bu matça psixoloji cəhətdən yaxşı hazırlaşdıracam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right