Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ” səfərdə Belçikanın "Anderlext” klubunun qonağı olacaq.
Newsport.az saytının məlumatına görə, "Anderlext” sözügedən oyuna ciddi itkilərlə çıxacaq. Brüssel təmsilçisinin forvardı Fred Açemponq zədə səbəbindən Ağdam təmsilçisi ilə oyunu buraxacaq. Açemponqla yanaşı aparıcı futbolçu Sateven Defourun da "Qarabağ”la matçı buraxacağı dəqiqdir. Belə ki, Defour sarı vərəqə limitini doldurduğu üçün təmsilçimizlə matçda forma geyinməyəcək.
Qeyd edək ki, "Anderlext” – "Qarabağ” oyunu dekabrın 10-da baş tutacaq.