"Çətin oyun oldu. Amma hansı çətinliklə üzləşəcəyimizi bilirdik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Tottenhem”in yarımmüdafiəçisi Rayan Meyson deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ” üzərində 1:0 hesablı qələbəyə sevinən "Tottenhem” artıq 1/16 final mərhələsinə vəsiqəni təmin edib. İngiltərə millisinin futbolçusu bu seriyanı "Çelsi” ilə görüşdə davbam etdirəcəklərinə inandığını söyləyib:
"Qarabağ” ilk oyunda ciddi rəqib olduğunu artıq bizə başa salmışdı. Bu matçda hər iki tərəfə qələbə lazım idi. Amma qələbə bizim oldu və növbəti mərhələyə vəsiqə qazandıq. Son illərdə əldə etdiyimiz təcrübəyə əsasən oyunun əvvəlində qol vurmamağımız bizə təsir etmədi. Özümüzə inanıb sona qədər mübarizə etdik. Qələbə qolunu gec vurmağımız da sübut edir ki, sona qədər mübarizə aparırıq. Bu ab-havanı qoruyub, həftəsonu "Çelsi” ilə görüşdən də qalib ayrıla bilərik”.